logo menu
warn

Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis

Beynəlxalq münasibətlər və xarici satınalmalar üzrə kiçik mütəxəssis
date
03.06.2024
Elan tarixi
date
01.07.2024
Bitmə tarixi
profile Səviyyə:
Kiçik mütəxəssis
profile Məşğulluq növü:
Tam
profile Yer:
Yeni Həyat Plaza Zərifə Əliyeva 55, Bakı, Azərbaycan

İş barədə məlumat

Beynəlxalq satınalma üzrə kiçik mütəxəssis

Öhdəliklər

-Xarici və daxili bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması;

- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi;

-Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;

- Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla danışıqların aparılması;

- Satınalma prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması;

-Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması;

- Hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər

Beynəlxalq münasibətlər, logistika və xarici satınalma ixtisaslarından məzun olmuş yaxud magistr tələbələri.

-İngilis dili (B2), rus dili və çin dili biliyi üstünlükdür.

-MS Office proqramları üzrə biliklər.

-İş təcrübəsi arzuolunandır. İş öyrədilir.

Paylaş